16:54 03-07-2021
news_image
149
FUTBOL

Ən yaxşı mərkəz müdafiəçilərini açıqladı - Şvaynştayger

Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayger AVRO-2020-nin gedişinə biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, Bundestimlə dünya çempionu olan yarımmüdafiəçi İtaliya millisinin oyununu fərqləndirib.

O, Corco Kyellini və Leonardo Bonuççinin çıxışına da toxunub: “Bonuççu və Kyellini hazırda dünyanın ən yaxşı mərkəz müdafiəçiləridir”.

Qeyd edək ki, İtaliya yarımfinalda İspaniya ilə qarşılaşacaq.