21:38 03-07-2021
news_image
218
AVRO-2020

Ronaldoya çatdı – rekordu təkrarlamaqla

Çexiya millisinin futbolçusu Patrik Şik AVRO-2020-də 5-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, Danimarka ilə 1/4 finalın Bakıda keçirilən matçında fərqlənən hücumçu bombardirlər yarışında liderliyə şərik çıxıb.

O, 5 qol vuran Kriştiano Ronaldoya çatıb. Lakin turnirlə vidalaşan portuqaliyalıdan fərqli Şik üç deyil, bir penalti vurub.

O, həm də bir Avropa çempionatlarının final mərhələsində ən çox qol vuran çexiyalı adına şərik olub. Şik AVRO-2004-də 5 qol vuran Milan Baroşun rekordunu təkrarlayıb.

Qeyd edək ki, hazırda davam edən oyunda Danimarka 2:1 hesabı ilə öndədir.