00:00 04-07-2021
news_image
143
FUTBOL

“Yuventus”da qaldı – daha bir il

İtaliyanın “Yuventus” klubu futbolçusu Corco Kyellini ilə müqaviləni uzadacaq.

Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə yeni anlaşma 1 illik olacaq.

Mövsümün sonunda müqaviləsi başa çatan 36 yaşlı veteran daha bir il Turin təmsilçisinin şərəfini qoruyacaq. Tərəflər arasında razılıq əldə olunub. Müqavilə AVRO-2020-dən sonra rəsmiləşəcək. 

Qeyd edək ki, 2005-ci ildən bu klubda çıxış edən Kyellini “Yuventus”a qədər “Fiorentina” və “Livorno”da oynayıb.