22:48 04-07-2021
news_image
189
TOKİO-2020

Azərbaycan cüdoçuları Olimpiadaya 37 ölkə ilə birgə hazırlaşır - FOTOSESSİYA

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Apasport.az Cüdo Federasiyasının saytına istinadən məlumat verir ki, kişilər və qadınlardan ibarət
milli komandalarımız Poreç şəhərindəki cüdo təlim mərkəzində hazırlıq prosesi keçirlər.

Toplanışa Azərbaycan yığması ilə yanaşı, 37 ölkədən 500-dən çox idmançı qatılıb. Bu toplanış Tokioda keçiriləcək olimpiadaya hazırlıq məqsədi daşıyır.

Xorvatiyadakı hazırlıq prosesinə olimpiya, dünya və Avropa çempionları, eləcə də dünya reytinqində ilk pillələrdə qərarlaşan cüdoçular qatılıb. Toplanışda İtaliya, Fransa, Rusiya, Gürcüstan, Kosovo, Böyük Britaniya, Danimarka, Belçika, Sloveniya, İspaniya, Özbəkistan, Belarus, Ukrayna, Qazaxıstan, Almaniya və digər ölkələrin milliləri də iştirak edirlər.

Qeyd edək ki, Tokio Olimpiadasında cüdo yarışları iyulun 24-dən 31-dək keçiriləcək.