09:14 05-07-2021
news_image
116
FUTBOL

Klaudio Ranyeriyə əvəzləyici tapdı – A seriyası klubu

İtaliyanın “Sampdoriya” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Genuya təmsilçisi açıqlayıb.

A seriyası təmsilçisini Roberto Daversa çalışdıracaq. 45 yaşlı mütəxəssis genuyalılarla 2 illik müqavilə imzalayıb. O, yeni anlaşma imzalamaqdan imtina edən Klaudio Ranyerini əvəzləyib.

Qeyd edək ki, Daverso ötən mövsümdə A seriyasından aşağı dəstəyə yuvarlanan “Parma”nı çalışdırıb.