09:19 05-07-2021
news_image
260
FUTBOL

Moldovalı hakimlərə tapşırıldı - “Neftçi” – “Dinamo” oyunu

Çempionlar Liqasının “Neftçi” – “Dinamo” oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin cavab oyununu moldovalı hakimlər briqadası idarə edəcək.

İyulun 14-dəki görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması “Bakcell Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.