09:28 05-07-2021
news_image
198
FUTBOL

Elçin Məsiyevə təyinat – UEFA-dan

Azərbaycanlı hakimlər Konfrans Liqasının oyununa təyinat alıb.

Apasport.az saytının məlumatına görə, ilk dəfə təşkil olunan yarışın I təsnifat mərhələsinin cavab görüşlərində təmsilçilərimiz iş başında olacaq.

UEFA Moldovada yerli “Petrokub”la Şimali Makedoniya “Sileks”inin matçına Elçin Məsiyevi təyin edib. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Kamal Umudlu qarşılaşmanın dördüncü hakimi olacaq.

Görüş Kişinyovdakı “Zimbru” stadionunda təşkil olunacaq. İyulun 15-dəki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, daha iki həmyerlimiz ilk oyunlarda UEFA nümayəndəsi olacaq. Könül Mehtiyeva “Valmiera” (Latviya) – “Suduva” (Litva), Zaur Hacı Məhərrəmov “Dila” (Gürcüstan) - “Jilina” (Slovakiya) matçına təyinat alıb.

Orxan Hüseynzadə isə Çempionlar Liqasının “Makkabi” (Hayfa, İsrail) – “Kayrat” (Qazaxıstan) qarşılaşmasında eyni vəzifəni yerinə yetirəcək.