10:41 05-07-2021
news_image
144
FUTBOL

“Azərbaycan futbolunda işləyənlərlə əlaqə saxlayırıq” – “Sumqayıt”ın rəqibi

“Həm “Çukariçki”nin, həm də “Sumqayıt”ın şansları bərabərdir”.

Apasport.az saytının məlumatına görə, bunu “Çukariçki”nin direktoru Vladimir Matiyaşeviç deyib.

Matiyaşeviç komandasının Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la keçirəcəyi oyuna münasibət bildirib. O, təmsilçilərimizlə keçirdikləri əvvəlki matçları da yada salıb: “Azərbaycan komandası bizim üçün əlverişsiz rəqibidir. Buna baxmayaraq, futbolçularımın xarakterinə inanıram. Bütün diqqətimizi “Sumqayıt”la görüşə yönəltmişik. Milli komandamız da Azərbaycana qarşı oynayıb, görüş çətin keçmişdi. Onlar həmişə belə oynayırlar. 2015/16 mövsümündə Avropa Liqasında “Qəbələ”yə qarşı yaxşı çıxış etsək də, məğlub olduq”.

Serbiya klubunun rəsmisi “Sumqayıt” barədə fikirlərini də bölüşüb: “Azərbaycan futbolunda işləyən bəzi insanlarla əlaqə saxlayırıq. Bizim də sirrimiz yoxdur. Çünki burada bizimlə bağlı məlumat axtarırlar. “Sumqayıt” yaxşı komandadır, müdafiə oyunu göstərməyi daha çox xoşlayır. Bir neçə sürətli oyunçulara malikdirlər, üstəlik, yerli vətəndaşlıq alan 2-3 əcnəbiləri də var. Onlara hörmət etməliyik, meydançada necə olacaqlarını görəcəyik”.

Qeyd edək ki, “Sumqayıt”la “Çukariçki” arasında ilk oyun iyulun 22-də Belqradda, cavab görüşü isə 29-da Sumqayıtda keçiriləcək.