10:17 04-09-2008
news_image
625
STOLÜSTÜ OYUNLAR

Rəcəbov küçədə oynamaqdan razıdır

Bakı. Kənan Həsənov - APA-Sport. Teymur Rəcəbov İspaniyanın Bilbao şəhərində keçirilən “Böyük dəbilqə” superturnirində yaradılan şəraitdən razı qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı beynəlxalq qrossmeyster küçədə quraşdırılmış şüşə otaqlarda oynamaqda problem görmədiyini bildirib: “Əvvəlcə özümü azarkeşlərlə dolu stadionda hiss etdim. Bu, futbolçulara mane olmursa, bizim üçün də problem deyil”.
Qeyd edək ki, “Böyük dəbilqə” turnirinin oyunlarını istənilən azarkeş şüşə arxasından canlı izləmək imkanına malikdir.