11:02 05-07-2021
news_image
320
FUTBOL

Millinin futbolçusundan stadionda maraqlı təklif - VİDEO

“Minnesota” klubunun futbolçusu Hassani Dotson sevgilisinə maraqlı sürpriz edib.

Apasport.az saytının məlumatına görə, MLS-də çıxış edən yarımmüdafiəçi evlilik təklifi üçün məhz stadionu seçib.

22 yaşlı oyunçu MLS-də “San Xose” ilə matçın ardından sevgilisini meydançaya apararaq, diz çöküb və azarkeşlərin gözü önündə evlilik təklifi edib. “Hə” cavabını alan ABŞ-ın U-23 millisinin üzvü üzüyü sevgilisinin barmağına taxıb.

Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Dotson bu mövsüm 10 oyunda 1 qol vurub.