11:30 05-07-2021
news_image
170
FUTBOL

Syerra-Leonedən də geri düşəcəyik – reytinqdə

FİFA milli komandaların növbəti reytinqini avqustun 12-də açıqlayacaq.

Apasport.az saytının məlumatına görə, əksər yığmaların mövqeyi indidən müəyyənləşib.

Bu, cədvəllə bağlı təxmini siyahıya əsasən mümkün olub. Azərbaycan yığmasının xalı və yeri də dəqiqləşib.

Millimiz hesabat dövründə üç matça çıxıb. Türkiyəyə 1:2 hesabı ilə uduzan, Belarusu eyni hesabla üstələyən Canni de Byazinin yetirmələri Moldovaya məğlub olub – 0:1.

Bu nəticələr mayın 27-də açıqlanan son reytinq cədvəlində 1169 xalla dünyanın 110-cusu olan Azərbaycan yığmasına təsirsiz ötüşməyib. Komandamız üç qarşılaşmada üç xal itirib.

Yeni cədvəldə millinin aktivində 1166 xal olacaq. Bu, itki mövqeyimizə də təsir edəcək.

Yeni cədvəldə yığma 111-ci sırada qərarlaşacaq. Bir addımlıq geriləmə bir neçə yığmanın yerdəyişməsi ilə bağlıdır.

Komandamız Tailandı arxada qoyacaq. Əvəzində Syerra-Leone və Estoniya da millimizi keçəcək.

AVRO-2020-nin uğursuzu olan Türkiyə 11 pillə geriləyəcək. 1464 xala malik “ay-ulduzlular” 40-cı sırada qərarlaşacaq.

Qeyd edək ki, təxminlərə əsasən Belçika 1858 xalla 1-ci sıradakı mövqeyini qoruyacaq. Braziliya (1814) ikinci sıranı Fransadan (1762) alacaq.