11:34 05-07-2021
news_image
182
FUTBOL

“İnter”in düşərgəsinə çağırıldı – Eriksen

Danimarka millisinin futbolçusu Kristian Eriksen müqavilə ilə məxsus olduğu İtaliya “İnter”inin düşərgəsinə çağırılıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi gələn həftə Milan təmsilçisinin sərəncamında olacaq.

Kristian “İnter”in hazırlıq prosesi ərəfəsində rəmzi dəvət alıb. Onun karyerasını davam etdirmək ehtimalı minimuma bərabərdir.

Qeyd edək ki, Eriksen AVRO-2020-nin Finlandiya ilə matçında huşunu itirən və ürəyindən əməliyyata məruz qalıb.