22:03 05-07-2021
news_image
122
AVRO-2020

1/4 finalların ən məhsuldarları – AVRO-2020

AVRO-2020-də 1/4 final həyəcanı artıq geridə qalıb.

Apasport.az saytının məlumatına görə, Ukrayna üzərində böyükhesablı qələbənin memarlarından biri matçda dubl edən İngiltərə yığmasının hücumçusu Harri Keyn olub.

Bununla Keyn Avropa çempionatları tarixində 1/4 final mərhələlərində 1-dən çox qol vuran azsaylı futbolçular sırasına qoşulub. Keyn qitə birinciliklərinin bu raundunda minimum 2 dəfə fərqlənmiş 9-cu oyunçudur. Siyahıdakı oyunçuların bəziləri bir turnirdə, bəziləri isə iki müxtəlif Avropa çempionatında qol vurmaqla buna nail olub.

1/4 finallarda ən çox fərqlənən oyunçular isə hərəyə 3 topla Patrik Klyuvert və Nuno Qomeş olub.

1-2. Patrik Klyuvert (Niderland) - 3 qol
Nuno Qomeş (Portuqaliya) – 3
3-9. Milan Baroş (Çexiya) – 2
3-9. Mark Overmars (Niderland) – 2
3-9. Elder Poştiqa (Portuqaliya) – 2
3-9. Xabi Alonso (İspaniya) – 2
3-9. Olivye Jiru (Fransa) – 2
3-9. Miroslav Kloze (Almaniya) – 2
3-9. Harri Keyn (İngiltərə) - 2