12:16 05-07-2021
news_image
340
FUTBOL

Yeddinci ayın yeddinci günü – “Neftçi” üçün uğursuz gün

Bu həftə Azərbaycan klubları üçün avrokubok mövsümü start götürür.

Apasport.az saytının məlumatına görə, ölkəmiz üçün yeni mövsümün açılışını “Neftçi” gerçəkləşdirəcək.

Bakı klubu Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə görüşəcək. Səfərdəki qarşılaşma iyulun 7-də baş tutacaq. Azərbaycan klubları əvvəllər də yeddinci ayın yeddinci günündə avrokubok matçına çıxıb.

Bu, avrokuboklar tarixində həmin gündəki 6-cı sınaq olacaq. Lakin ilk dəfə təmsilçimiz iyulun 7-də Çempionlar Liqası görüşündə qüvvəsini sınayacaq. Əvvəlki 5 matçın hamısı Avropa Liqasına təsadüf edib. Hər dəfə də bu, I təsnifat mərhələsinin cavab qarşılaşmasında gerçəkləşib. 

Klublarımız 5 sınaqdan ikisində qalib gəlib, üçündə uduzub. Məğlublardan biri elə “Neftçi”dir. Bakılılar 5 il əvvəl evdə “Baltsan”a yenilib.

Maraqlıdır ki, bir dəfə Azərbaycan və Gürcüstan klubları sonuncuların meydanında, iyulun 7-də görüşüb. Həmin vaxt “Samtredia” “Qəbələ”yə qalib gəlib.

7 iyul 2011. “Minsk” (Belarus) - “Olimpik Şüvəlan” - 2:1
7 iyul 2011. “Qarabağ” – “Banqa” (Litva) - 3:0
7 iyul 2016. “Daçiya” (Moldova) – “Kəpəz” – 0:1
7 iyul 2016. “Samtredia” (Gürcüstan) – “Qəbələ” – 2:1
7 iyul 2016. “Neftçi” – “Baltsan” (Malta) – 1:2