13:36 05-07-2021
news_image
121
FUTBOL

Karyerasını bitirməyi məsləhət gördülər – Lövə

Almaniya millisinin baş məşqçisi postu ilə vidalaşan Yoahim Lövə maraqlı təklif gəlib.

Apasport.az saytının məlumatına görə, ona Dortmund “Borussiya”sı, “Bavariya” və İsveçrə millisindəki işi ilə tanınan Ottmar Hifsfild məsləhət verib.

O, Lövə karyerasını bitirməyi tövsiyə edib: “Bilmirəm ki, Lövə ildə 60 oyunu əks etdirən işi götürmək nə dərəcədə şüurludur. Bu, çox ciddi stressdir. İspaniya, İtaliya, İngiltərə və Fransa ona uyğun gəlmir. Televiziyada ekspert işi ona məsləhət görə biləcəyim ən yaxşı variantdır”.

Qeyd edək ki, Lövü 2006-21-ci illərdə yığmanın baş məşqçisi olub.