13:49 05-07-2021
news_image
169
FUTBOL

İki klubdan təklif – İtaliya millisinin hücumçusuna

“Napoli”nin hücumçusu Lorenzo İnsinye Avropa klublarının maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı forvardın İtaliya millisinin heyətində AVRO-2020-də parlaq çıxışı diqqətdən kənarda qalmayıb.

Xüsusən də, “Barselona” və “Napoli” ulduz futbolçunun nümayəndələri ilə artıq təmas da qurub. Ancaq neapollular da onu buraxmaq istəmir. Bu üzdən A seriyası təmsilçisi qitə birinciliyinin ardından İnsinyeyə yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, hücumçunun hazırkı sözləşmə müddəti gələn ilin yayına qədərdir.