13:54 05-07-2021
news_image
160
AVRO-2020

Yarımfinal və final matçlarının topu təqdim olundu – AVRO-2020

AVRO-2020-nin yarımfinal və final matçlarında istifadə olunacaq top təqdim olunub.

Apasport.az saytının məlumatına görə, topun tanıtımını istehsalçı “Adidas” firması edib.

Bununla Londondakı “Uembli” stadionunda iyulun 6-7-də keçiriləcək yarımfinal və 11-də baş tutacaq final qarşılaşmasında istifadəyə veriləcək fərqli dizaynda top müəyyənləşib.

Qeyd edək ki, yarımfinalda İtaliya İspaniya ilə, İngiltərə də Danimarka ilə qarşılaşacaq.