15:35 05-07-2021
news_image
159
FUTBOL

Super Liqaya Avropa çempionu kimi yollananlar - SİYAHI

İyunun 11-də start götürən AVRO-2020 başa çatmaq üzrədir.

Apasport.az saytının məlumatına görə, artıq yalnız İtaliya, İspaniya, İngiltərə və Danimarka çempionluğa iddiasını davam etdirir.

Türkiyə mətbuatı bunu nəzərə alaraq, keçmişdə Avropa çempionu olduqdan sonra bu ölkədə legioner həyatı yaşayan futbolçularla bağlı araşdırma aparıb. Məlum olub ki, qitə birinciliyini qazandıqdan sonra Türkiyəyə köçən 7 oyunçu olub.

Maraqlıdır, builki Avropa çempionatının qaliblərindən kimləri gələcəkdə Super Liqada görmək mümkün olacaq?

1. Toni Şumaxer (Qərbi Almaniya - AVRO-1980-ın çempionu)
1988-ci ildə “Fənərbaxçaya”ya keçib

2. Didye Siks (Fransa - AVRO-1984)
1987-ci ildə “Qalatasaray”a keçib

3. Bent Kristensen (Danimarka – AVRO-1992)
1997-ci ildə “Gənclərbirliyi”yə keçib.

4. Nikolya Anelka (Fransa – AVRO-2000)
2005-ci ildə “Fənərbaxça”ya keçib

5. Daniel Quiza (İspaniya – AVRO-2008)
2008-ci ildə “Fənərbaxça”ya keçib

6. Alvaro Neqredo (İspaniya – AVRO-2012)
2017-ci ildə “Beşiktaş”a keçib

7. Pepe (Portuqaliya – AVRO-2016)
2017-ci ildə “Beşiktaş”a keçib