23:18 05-07-2021
news_image
191
AVRO-2020

Bukmekerlər kimi favorit sayır? – AVRO-2020-də

AVRO-2020-nin yarımfinal mərhələsi ərəfəsində turnirin favoriti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmekerlər yarımfinalda iştirak edəcək 4 komandanın çempionluq şansını müəyyənləşdirib.

İyulun 7-də Danimarka ilə qarşılaşacaq İngiltərə millisi AVRO-2020-nin əsas favoriti sayılır. Onların rəqibi isə çempionluq şansına əsasən autsayder hesab edilir.

Digər cütdə isə İtaliya ilə İspaniya üz-üzə gələcək. Apennin təmsilçisinin kuboku başı üzərinə qaldırmaq şansı rəqibindən çox, İngiltərədən azdır.

Yarımfinalçıların çempionluq şansı
İngiltərə - 2,45
İtaliya – 3,00
İspaniya – 4,20
Danimarka – 9,00