16:25 05-07-2021
news_image
182
AVRO-2020

Zikoya etimad - Tokio-2020-də

Əfsanəvi braziliyalı futbolçu Ziko Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəlini daşıyıb.

Apasport.az saytının məlumatına görə, 68 yaşlı mütəxəssis Kasima şəhərində məşəl gəzintisində Olimpiadanın simvolunu qəbul edərək, 200 metrlik yürüş edib.

Hazırda Yaponiyanın “Kasima Antlers” klubunda texniki direktor vəzifəsində çalışan “sambaçı” buna görə yerli hökumətə minnətdarlığını bildirib.

Ziko beş il əvvəl vətənində təşkil olunan Rio-2016-da ona məşəli daşımaq imkanı vermədiklərini söyləyib: “Ölkəm və şəhərim mənə Olimpiya məşəlini daşımaq fürsəti vermədi. Bu arzumu indi reallaşdırdım”.

Qeyd edək ki, Tokio-2020 23 iyul – 8 avqust tarixləri aralığında keçiriləcək.