17:32 05-07-2021
news_image
335
FUTBOL

“Neftçi” yubiley startı – 9:7

İyulun 7-də Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxacaq “Neftçi” Tbilisidə Gürcüstan “Dinamo”su ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” tarixinin 20-ci avrokubok mövsümünə başlayacaq.

İlk dəfə 1995-ci ildə qitə səhnəsinə çıxan Bakı klubu indiyədək 19 dəfə avrokubokların iştirakçısı olub. Paytaxt klubu yalnız 6 dəfə - 1994/95, 1998/99, 2006/07, 2009/10, 2010/11, 2016/17 mövsümlərində qitə arenasına çıxan təmsilçilərimiz arasında olmayıb. 1994-cü ildən avrokuboklarda oynayan Azərbaycan 2 dəfə - 2002/03 və 2003/04-də ümumiyyətlə turnirlərdən kənar qalıb.

“Neftçi” əvvəlki 19 startdan 9-da qələbə qazanıb. Son 4 mövsümdə də ilk görüş bakılıların qələbəsi ilə yadda qalıb. Mövsümə 10-cu dəfə qalib gələrək başlamağa çalışacaq təmsilçimiz 3 heç-heçə və 7 dəfə uduzub.

10 avqust 1995. APOEL (Kipr) – “Neftçi” - 3:0
17 iyul 1996. “Neftçi” – “Lokomotiv” (Sofiya, Bolqarıstan) - 2:1
23 iyul 1997. “Neftçi” – “Vidzev” (Polşa) - 0:2
12 avqust 1999. “Neftçi” – “Srvena Zvezda” (Yuqoslaviya) - 2:3
10 avqust 2000. “Neftçi” – “HİT Qoritsa” (Sloveniya) - 1:0
9 avqust 2001. “Neftçi” – “HİT Qoritsa” (Sloveniya) - 0:0
13 iyul 2004. “Şiroki Brieq” (Bosniya və Herseqovina) – “Neftçi” - 2:1
12 iyul 2005. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) - 2:0
19 iyul 2007. “Rid” (Avstriya) – “Neftçi” - 3:1
21 iyun 2008. “Neftçi” – “Nitra” (Slovakiya) - 2:0
13 iyul 2011. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Neftçi” - 3:0
17 iyul 2012. “Neftçi” – “Zestafoni” (Gürcüstan) - 3:0
17 iyul 2013. “Neftçi” – “Skenderbeu” (Albaniya) - 0:0
17 iyul 2014. “Neftçi” – “Koper” (Sloveniya) - 1:2
2 iyul 2015. “Neftçi” – “Mladost” (Monteneqro) - 2:2
30 iyun 2016. “Baltsan” (Malta) – “Neftçi – 0:2
12 iyul 2018. “Neftçi” – “Uypeşt” (Macarıstan) – 3:1
11 iyul 2019. “Speranta” (Moldova) – “Neftçi” – 0:3
27 avqust 2020. “Neftçi” – “Şkupi” (Makedoniya) – 2:1