17:53 05-07-2021
news_image
151
FUTBOL

3 dəfə ayna qarşısında and içəcəksən – Messiyə qəribə təklif

Braziliyanın “İbis Sport” klubu Argentina millisinin kapitanı Lionel Messiyə qəribə təklif göndərib.

Apasport.az saytının məlumatına görə, həvəskar səviyyədə olan əyalət təmsilçisi “Barselona” ilə müqaviləsi bitən 34 yaşlı superulduzu məsxərəyə qoyub.

İbis klubu yaydığı bəyanatda Messiyə təkliflərini və şərtlərini vurğulayıb: “1. Müqavilə müddəti 15 il olacaq; 2. Maaş vəziyyətə görə dəyişəcək; 3. Bir daha çempion olmayacaqsan; 4. Pelenin Maradonadan daha yaxşı futbolçu olduğunu deyib, 3 dəfə ayna qarşısında and içəcəksən; 5. 10 nömrəli formanı geyinməyəcəksən, çünki əfsanəmiz Mauro Şampu o forma ilə təqaüdə çıxıb”.

Qeyd edək ki, “İbis Sport” 3 il 11 ay qələbə qazanmayaraq, Ginnesin Rekordlar Kitabına düşən ən uğursuz klubudur.