00:19 06-07-2021
news_image
469
FUTBOL

Portuqaliyalı futbolçu "Neftçi"də - 4-cü transfer

"Neftçi" növbəti əcnəbi futbolçu transferini həyata keçirib.

Apasport.az xəbər verir ki, sportinfo.az-a klubdan verilən məlumata görə, portuqaliyalı mərkəz müdafiəçi Hugo Bastosla iki illik anlaşma əldə edilib.

Karyerası yalnız öz ölkəsi ilə bağlı olan 28 yaşlı müdafiəçinin son klubu "Estoril" olub. O, burada son mövsüm 31 oyunda meydana çıxıb və 3 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, Hugo Basto "Neftçi"nin yay fasiləsində Harramiz Soares, Meza Kolli və Xəyal Nəcəfovdan sonra etdiyi 4-cü transferdir.