09:06 06-07-2021
news_image
160
FUTBOL

Finaldakı rəqibini gözləyir - Braziliya

Braziliyada keçirilən Amerika kubokunda yarımfinal mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, mərhələnin ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk finalçı Braziliya – Peru matçında müəyyənləşib. Görüşün taleyini bir qol həll edib.

Birinci hissədə fərqlənən Lukas Paketa meydan sahiblərinə qələbə qazandıran qolun müəllifi olub. Bu, “sambaçılar”ı finala daşıyıb.

Qeyd edək ki, Braziliyanın finaldakı rəqibi Argentina – Kolumbiya oyununda bəlli olacaq.

Amerika kuboku
Yarımfinal
6 iyul
Braziliya – Peru – 1:0

Paketa, 35