09:09 06-07-2021
news_image
194
FUTBOL

Azərbaycan klubu üçün 8 ölkə - Çempionlar Liqasında

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin oyunlarına ev sahibliyi edəcək 8 ölkə müəyyənləşib.

Apasport.az-ın Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, avqustun 20-dən 25-dək keçiriləcək oyunlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək.

Təmsilçimiz də rəqibləri ilə bu ölkələrdən birində qarşılaşacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan”ın rəqibləri iyulun 7-də, saat 17:00-da keçiriləcək püşklə müəyyənləşəcək.