09:23 06-07-2021
news_image
561
FUTBOL

“Auqsburq”la oyunu canlı yayımlanacaq – “Qarabağ”ın

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın üçüncü yoxlama görüşünün başlama saatı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la keçirəcəyi matç iyulun 15-nə təsadüf edəcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Auqsburq”un həm “Qarabağ”, həm də bir gün sonra “İnqolştadt”la yoxlama görüşləri klubun televiziyası vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Qarabağ” iyulun 7-də Bolqarıstanın MOİK (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoldaşlıq oyunu keçirəcək.