09:41 06-07-2021
news_image
120
FUTBOL

Millidən getdi - Anri

AVRO-2020-də mübarizəni 1/4 finalda dayandıran Belçika millisinin məşqçilər korpusunda dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, fransalı Tyerri Anri yığmadan ayrılıb.

O, baş məşqçi Roberto Martinesin assistenti vəzifəsini tərk edib. Bu ilin mayında Belçika millisində çalışmağa başlayan Anri buradakı bütün qazancını xeyriyyəçiliyə xərcləyəcək.

Qeyd edək ki, Anri 2016-18-ci illərdə də Belçika yığmasında köməkçi məşqçi vəzifəsində çalışıb.