11:22 06-07-2021
news_image
122
FUTBOL

“Neftçi”nin oyununu izləyəcək – millinin məşqçisi

Azərbaycan millinin məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Dinamo” (Tbilisi) – “Neftçi” oyununu izləyəcək.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı AFFA məlumat yayıb. 

Bildirilib ki, yığmanın baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən Əsədov görüşə stadiondan baxacaq. 

Qeyd edək ki, “Dinamo” (Tbilisi) – “Neftçi” iyulun 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək.