11:46 06-07-2021
news_image
100
FUTBOL

Yeni klubu ilə müqavilə bağladı - Ceyms Adeniyi

Yay fasiləsində “Qəbələ”dən ayrılan Ceyms Adeniyinin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, nigeriyalı hücumçu yenidən İsraildə çıxış edəcək.

Bir müddət əvvəl “Neftçi” və “Keşlə”nin də maraq dairəsində olan 29 yaşlı ön xətt oyunçusu Petah Tikva “Makkabi”si ilə anlaşıb. Adeniyi yeni komandası ilə 1 illik müqavilə qol çəkib.

Qeyd edək ki, Ceyms Adeniyi “Qəbələ”də olarkən 2019/20 mövsümünü icarə əsasında İsrailin digər klubu “Hapoel İroni”də (Kiryat-Şmona) keçirib.