12:20 06-07-2021
news_image
130
FUTBOL

Mahir Emrelinin yanına gedir - Ştuxlik

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik təyinat alıb. 

Apasport.az saytının məlumatına görə, qurum rəsmisi UEFA Çempionlar Liqasının matçında iş başında olacaq.

Avstriyalı Azərbaycan millisinin futbolçusu Mahir Emrelinn şərəfini qoruduğu “Legiya”nın (Polşa) “Bodo Qlimt”lə (Norveç) oyununun hakim-inspektoru olacaq. I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək görüş iyulun 14-də baş tutacaq. Matç Varşavada keçiriləcək.