12:32 06-07-2021
news_image
221
FUTBOL

“Güclü komanda olmaq istəyirik” - Patrik Andrade

“Üç gündür Avstriyadayıq, məşqlərimiz əla gedir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade deyib.

Klubun rəsmi saytına fikirlərini bildirən kabo-verdeli orta sahə oyunçusu Avstriyadakı hazırlıq prosesini dəyərləndirib: “Bəzən yoruluruq, amma yorulsaq da, bilirik ki, bunun nəticəsini rəsmi oyunlarda görəcəyik. Düşərgədə ab-hava yüksəkdir. Məşqlərimiz gərgin və maraqlı keçir. Çalışırıq ki, komandadakı əla əhval-ruhiyyəni qoruyaq. Bu, yeni başlanğıcdır. Güclü komanda olmaq istəyirik. Bu, Premyer Liqa və UEFA Konfrans Liqasında uğurlu olmaq üçün çox vacibdir".

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsində İsrail klubu “Aşdod”la qarşılaşacaq.