13:19 06-07-2021
news_image
99
FUTBOL

Start verildi - “Qaliblər düşərgəsi” layihəsinə

Şəhid ailələrinin övladları üçün “Qaliblər düşərgəsi” layihəsinə start verilib.

Apasport.az saytının məlumatına görə, layihə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı, AFFA və bir neçə tərəfdaşın dəstəyi ilə keçirilir.

13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir. 14 gün davam edəcək düşərgədə müxtəlif mövzuları əhatə edən seminarlar, müxtəlif idman növləri üzrə təlimlər, həmçinin, futbol dərsləri keçiriləcəkdir.