13:41 06-07-2021
news_image
120
FUTBOL

“Yarımfinalın hakimi bu qədər təkəbbürlü davrana bilməz” – Neymar şikayətləndi

“Hakim belə davrana bilməz. Danışarkən və oyunçulara baxarkən hörmətsizlik edirdi”.

Apasport.az saytının məlumatına görə, bunu Braziliya millisinin hücumçusu Neymar Amerika kubokunun yarımfinalında Peru ilə keçirilən oyunun hakimliyi barədə danışarkən deyib.

Ulduz futbolçu 1:0 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra çilili referi Tobar Varqası sərt şəkildə tənqid edib: “Hakimlə danışdığım ilk saniyədən etibarən hiss etdim ki, çox təkəbbürlüdür. Düşünürəm ki, bu normal deyil. Hər iki komanda ondan şikayətlənirdi. Futbolçular kimi, hakim də səhv edə bilər. Amma Amerika kubokunun yarımfinalının hakimi bu qədər təkəbbürlü davrana bilməz”.

Qeyd edək ki, Braziliya millisi iyulun 11-də “Marakana”da Amerika kubokunun final matçına çıxacaq. Rəqib Argentina – Kolumbiya cütünün qalibi olacaq.