19:36 06-07-2021
news_image
142
FUTBOL

"Sabah ən yaxşı oyunumuzu göstərmək istəyirik" - Vojislav Stankoviç

“Bizi "Dinamo" kimi güclü komanda ilə çətin oyun gözlədiyini bilirik”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi”nin müdafiəçisi Vojislav Stankoviçə məxsusdur.

Serbiyalı futbolçu Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçiriləcək ilk qarşılaşma öncəsi mətbuat konfransında iştirak edib.

34 yaşlı arxa xətt oyunçusu fikrini bu sözlərlə davam etdirib: "Sabah ən yaxşı oyunumuzu göstərmək istəyirik. Rəqibin baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında "İnter"də (indiki "Keşlə"də) çıxış etmişəm. O, Azərbaycan futbolunu yaxşı bilir. Buna rəğmən "Neftçi" Azərbaycan çempionudur və ən yaxşı oyunumuzu ortaya qoymağa çalışacağıq. Heyətimizdə bəzi dəyişikliklər olub. Buna baxmayaraq, Sloveniyada da yaxşı təlim-məşq toplanışı keçmişik. Bunu "Dinamo" ilə görüşdə də davam etdirmək istəyirik".

Qeyd edək ki, sabah Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək “Dinamo” – “Neftçi” görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.