22:09 06-07-2021
news_image
165
FUTBOL

2,5 milyonluq maaş təklifi – “Beşiktaş”dan

Türkiyənin “Beşiktaş” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Aleks Teyşeyraya müqavilə təklif edib.

İstanbul klubu braziliyalı yarımmüdafiəçi ilə 2+1 illik anlaşma imzalamaq niyyətindədir. Futbolçuya illik 2,5 milyon avro maaş təklif edilib.

Azad agent statusu malik hücumçu müqavilə imzaladığı üçün 1,5 milyon bonus da qazanacaq. Aleksin son klubu “Szyansu Saynti” olub.