15:06 06-07-2021
news_image
133
FUTBOL

Superkubok təxirə salındı – AVRO-2020-yə görə

Ukrayna Superkubokunun vaxtı dəyişdirilib.

Apasport.az verir ki, Ukrayna Premyer Liqasının rəsmi saytı həlledici matçın sentyabra təxirə salındığını bəyan edib.

Buna səbəb kimi Kiyev “Dinamo”sunun futbolçularının hədsiz fiziki yüklənməsi göstərilib. Çünki əksər oyunçular mövsüm bitdikdən sonra AVRO-2020-yə yollanıb və Ukrayna millisinin heyətində çıxış edib. Superkubokun digər iştirakçısı Donetsk “Şaxtyor”u da bu ideyanı dəstəkləyib və matçın 24 iyuldan 22 sentyabra keçirilməsi qərara alınıb.

Qeyd edək ki, “Dinamo” mövsümü “qızıl dubl”la tamamlayıb. “Şaxtyor” isə Premyer Liqada ikinci yeri tutduğu üçün Superkubokda iştirak hüququ əldə edib.