23:20 06-07-2021
news_image
124
FUTBOL

“Barselona” yeni transferləri qeydiyyatdan keçirmir – Messiyə görə

“Barselona” yeni transfer etdiyi futbolçuları 2021/22 mövsümü üçün qeydiyyatdan keçirmir.

Apasport.az saytının məlumatına görə, buna səbəb klubda maaş büdcəsinin tələb olunan məbləğdən yüksək olmasıdır.

Buna tələsməyən rəhbərlik kapitan Lionel Messi ilə bağlı məsələnin necə yekunlaşacağını gözləyir. Argentinalı superulduz yeni müqavilə imzalasa, kataloniyalılar transferləri qeydiyyatdan keçirmək üçün bir neçə futbolçusunu satmalı olacaq. Əks təqdirdə, Messinin gedişi ilə yaranacaq boşluq kollektivə yeni qoşulanlarla doldurulacaq.

“Barselona”nın prezidenti Joan Laporta bugünkü açıqlamasında Messi ilə danışıqların normal getdiyini bildirsə də, PSJ və “Mançester Siti” bu məsələni gündəmdə saxlayır. Onlar 34 yaşlı oyunçunun klubu ilə danışıqlarının nəticəsini gözləyir.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti başa çatan Messi komandasında qalmaq niyyətindədir.