22:46 06-07-2021
news_image
146
FUTBOL

Fransadan təklif aldı - Poqba

Fransalı yarımmüdafiəçi Pol Poqba “Mançester Yunayted”i tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu yeni təklif alıb.

PSJ 28 yaşlı orta sahə oyunçusunun xidmətində maraqlıdır. Həmçinin Poqba özü də ölkəsində çıxış etməyə meyillidir. Parislilər onun menecerləri ilə danışıqlara artıq start verib. Poqbanın “qırmızı şeytanlar”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Qeyd edək ki, AVRO-2020-də Fransa millisinin heyətində 4 oyun keçirən yarımmüdafiəçi 1 qol, 1 assistlə yadda qalıb.