17:55 06-07-2021
news_image
202
FUTBOL

“Sanki həmişə burda olmuşam” - Mahir Emreli

“Mənə elə gəlir ki, sanki həmişə burda olmuşam. Bəlkə də elə bu amil “Legiya” karyerama uğurla başlamağın səbəbidir”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Mahir Emreli deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Bodo Qlimt”lə görüşü ərəfəsində açıqlama verən forvard yoxlama oyunlarında 6 qol vurmasının səbəbini açıqlayıb: “Buna görə də belə uğuruma şadam. Məşqçi ilə ünsiyyətim də yaxşıdır. O mənimlə rusca danışır. Amma yoxlama oyunları çempionat və avrokubok matçlarından fərqlənir. Həmin matçlar artıq arxada qalıb və onların unutmaq lazımdır”.

Emreli Norveç çempionu ilə qarşılaşmalara nikbin yanaşır: “Hazırlığımızı avrokuboklara əsasən aparmışıq. İndi yoxlama oyunlarındakı formamızı burada göstərməliyik. “Bodo Qlimt” sürətli və dinamik oyuna üstünlük verən komandadır. Onlar topla oynamağı sevir, yaxşı əks-hücumlar qurur. Norveç çempionu yaxşı komandadır. Əgər “Legiya” uğur qazanmaq istəyirsə, heç kimdən qorxmamalıdır. Rəqibin gücünü qiymətləndirirəm. Axı onlar böyük üstünlüklə, çox sayda qol vurmaqla Norveç çempionu olublar. Amma “Legiya”da güclüdür. Avropa çempionatı göstərdi ki, istənilən komanda ilə mübarizə aparmaq olar. İsveçrə və ya Danimarkanın nələr etdiyinə baxmaq kifayətdir. Fransa və Almaniya kimi nəhənglər isə turnirlə vidalaşdı”.