00:24 07-07-2021
news_image
187
AVRO-2020

Kyellini rekordu yenilədi, Bonuççi və Alba təkrarladı – AVRO-2020

AVRO-2020-nin yarımfinal mərhələsində keçirilən İtaliya – İspaniya oyunu üç futbolçu üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, İtaliya millisinin müdafiəçiləri Corcio Kyellini, Leonardo Bonuççi və İspaniya yığmasının arxa xətt oyunçusu Jordi Alba rekord müəyyənləşdirib.

Onlar start heyətində meydana çıxmaqla buna nail olub. Kyellini Avropa çempionatlarında 5-ci dəfə İspaniyaya qarşı çıxış edir ki, bu, turnir tarixində ilk belə hadisədir. Yəni indiyə qədər heç bir oyunçu eyni komanda ilə 5 dəfə üz-üzə gəlməyib.

Bonuççi final mərhələlərində 17-ci görüşünə çıxmaqla Canluici Buffona məxsus rekordu təkrarlayıb.

Alba isə qitə birinciliklərində 16-cı qarşılaşmasını keçirir. O, bu göstəriciyə malik sabiq komanda yoldaşları Andres İnyesta və Sesk Fabreqasın rekordunu təkrarlayıb.