00:34 07-07-2021
news_image
121
FUTBOL

Azarkeşlər stadionlara buraxılacaq - Bundesliqada

2021/22 mövsümündə Almaniya Bundesliqası oyunlarına tamaşaçılar buraxılacaq.

Apasport.az saytının məlumatına görə, Almaniya Futbol Assosiasiyası matçlara 25 minə qədər fanatın buraxılmasına icazə verib.

Bəzi stadionlarda tribunaların 50 faizi dola bilər. Yalnız “Bavariya” üçün bir istisna ediləcək. Münhendə koronavirusa yoluxma sayı səbəbindən bu komandanın matçlarına 20 minədək tamaşaçı qəbul olunacaq. Yeni qaydalar sentyabrın 11-dək qüvvədə olacaq. Yoluxma ilə bağlı vəziyyət yaxşıya doğru gedərsə, azarkeş sayında artım nəzərdə tutulacaq. Stadionlara yalnız koronavirus əleyhinə peyvənd olunmuş azarkeşlərin girişinin mümkün olacağı vurğulanıb.

Qeyd edək ki, Bundesliqada yeni mövsüm avqustun 13-də start götürəcək və “Bavariya” açılış turunda Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşacaq.