09:16 07-07-2021
news_image
221
FUTBOL

Gözlənilən final – Amerika kubokunda

Braziliyada keçirilən Amerika kubokunda yarımfinal mərhələsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci oyun günündə bir matç baş tutub.

Argentina yığması Kolumbiyanı sınağa çəkib. İlk yarıda “tanqoçular” hesabı açsa da, fasilədən sonra üstünlüyünü əldən verib.

Görüşün taleyini penaltilər seriyası həll edib. Daha dəqiq olan argentinalılar qələbə qazanıb.

Finala yüksələn Lionel Messi və komanda yoldaşları həlledici görüşdə Braziliya ilə üz-üzə gələcək. Öncədən də gözlənilən final matçı iyulun 11-də baş tutacaq. Bir gün öncə isə Kolumbiya ilə Peru üçüncülük matçında qüvvəsini sınayacaq.

Amerika kuboku
Yarımfinal
6 iyul
Argentina – Kolumbiya – 1:1, pen. 3:2

Martines, 7 – Dias, 61