09:25 07-07-2021
news_image
106
AVRO-2020

İtaliya tarixi rekordu təkrarladı – AVRO-2020

İtaliya millisi böyük turnirlərdəki qol rekordunu təkrarlayıb.

Apasport.az saytının məlumatına görə, “Skuadra Adzurra” AVRO-2020-nin yarımfinal mərhələsində İspaniya ilə qarşılaşmada fərqlənməklə bunu bacarıb.

Federiko Kyezanın 60-cı dəqiqədə vurduğu qol Roberto Mançininin yetirmələrinin cari turnirdəki 12-ci qolu olub. İtalyanlar bununla nüfuzlu yarışların birində (dünya və Avropa çempionatları) ən çox qol vurma rekordunu təkrarlayıb. Komanda 1934, 1982 və 2006-cı illərdəki dünya çempionatlarında da buna nail olub.

Qeyd edək ki, 1:1 hesabı ilə nəticələnən görüşün penaltilər seriyasında qələbə qazanan İtaliya finala adlayıb. “Skuadra Adzurra” həlledici görüşdə daha bir dəfə fərqlənsə, rekordunu yeniləyəcək.