10:14 07-07-2021
news_image
131
FUTBOL

“Real”a gəl” - Ançelottidən təklif

İspaniyanın “Real” klubu yeni hücumçu transfer edəcək.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi bu mövqeyə braziliyalı Rişarilsonu gətirmək niyyətindədir.

Baş məşqçi Karlo Ançelotti İngiltərə “Everton”unun forvardını sərəncamında görmək istəyir. İtaliyalı mütəxəssis Liverpul təmsilçisində çalışdığı vaxtdan tanıdığı cənubi amerikalı ilə danışıq da aparıb.

Ançelotti Rişarilsona “Real”a keçməyi təklif edib. Hazırda Braziliya yığması ilə Amerika kubokunda olan 24 yaşlı hücumçuya zəng edən mütəxəssis onu razı salmağa çalışıb.

Qeyd edək ki, Rişarilson ötən mövsüm 40 oyunda 13 qol vurub.