10:47 07-07-2021
news_image
597
FUTBOL

Biznesini kimə tapşırdığını açıqladı - Mahir Emreli

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa mətbuatına biznesi barədə danışıb.

Apasport.az saytının məlumatına görə, futbolçu Azərbaycanda mal-qara təsərrüfatının və meyvə bağının olduğunu təsdiqləyib.

Emreli işi dayısının apardığını söyləyib: “Sahibi mənəm və bu bir ailə biznesidir. Çiyələk də daxil olmaqla müxtəlif meyvələrin əkildiyi bağımız mövcuddur. Onları Bakıda satdığımız bir mağazamız da var”.

Qeyd edək ki, Mahir Emreli bu yay “Qarabağ”dan “Legiya”ya keçib.