10:54 07-07-2021
news_image
150
TOKİO-2020

Daha bir qadağa – Tokio-2020-də

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha bir qadağa tətbiq olunacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı yarışın təşkilatçıları verib.

Öncə xarici azarkeşlərin gəlməsinə qadağa qoyan, ardınca tribunalardakı saya məhdudiyyət qoyan yaponiyalılar marafon və idman yerişi zamanı tamaşaçıların yolun kənarında dayanması qadağan edilib. Bu, koronavirus pandemiyası ilə atılan addımdır.

“World Athletics” isə bu qərara etiraz edib. Dünya atletika qurumu yarışlara 10 min tamaşaçının buraxıldığı halda belə addımı düzgün saymır.

Qeyd edək ki, idman yerişi yarışları avqustun 5-də və 6-da, marafon 7-də baş tutacaq.