11:38 07-07-2021
news_image
164
FUTBOL

“Dinamo” – “Neftçi” cütünün qalibini gözləyən oyunun vaxtını açıqladı - “Olimpiakos”

Çempionlar Liqasının II təsnifat mərhələsinin bəzi oyunlarının vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi” ilk raundu adlayacağı halda növbəti qarşılaşmasının vaxtı bəllidir.

Turnirə bu raunddan başlayacaq Yunanıstan “Olimpiakos”u mövsümdəki ilk qarşılaşmasının vaxtını təyin edib. İlk matçda “Dinamo” (Tbilisi) – “Neftçi” cütünün qalibini qəbul edəcək Pirey təmsilçisi ev sınağına iyulun 21-də çıxacaq. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun Pireydəki Georgios Karaiskakis stadionunda baş tutacaq.

Həmin gün eyni saatda qardaş Türkiyə təmsilçisi “Qalatasaray” da meydana çıxacaq. İstanbul klubu Niderlandın Eyndjhoven şəhərində PSV-nin qonağı olacaq.

Qeyd edək ki, “Neftçi” və “Dinamo” arasındakı ilk oyun bu gün Gürcüstan paytaxtı Tbilisidə, cavab matçı iyulun 14-də Bakıda keçiriləcək.