11:48 07-07-2021
news_image
171
TOKİO-2020

Boksçularımız Olimpiadaya hazırlığı İtaliyada davam etdirir - FOTOSESSİYA

Tokio Yay Olimpiya Oyunlarına hazırlaşan kişi boksçulardan ibarət Azərbaycan millisi İtaliyada beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Apasport.az-ın Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, yığmamız Assizi şəhərindəki Boks Akademiyasında hazırlıq keçir.

Toplanışa 10-dək ölkə qatılıb. Artıq Fransa millisi geri dönsə də, İtaliya, Kolumbiya, Hindistan, Ekvador, Peru və digər komandalarla birgə məşqlər davam edir.

Boksçularımız Assizidə əsasən fiziki və taktiki hazırlıq üzərində çalışırlar. Onların növbəti günlərdə sınaq döyüşləri də planlaşdırılır. Toplanışa Tokio-2020-yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qatılıblar. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.

Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.