11:54 07-07-2021
news_image
123
FUTBOL

Yunanıstanlı futbolçudan yeni müqavilə - "Zirə"də

“Zirə” daha bir futbolçu ilə müqaviləni uzadıb.

Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, qəsəbə təmsilçisi Dimitrios Çantakiasla yeni müqavilə imzalayıb. 

Müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir. 26 yaşlı yunanıstanlı futbolçu 2020-ci ilin yayından Bakı klubunda çıxış edir

Qeyd edək ki, bunadək Davit Volkov və Ağabala Ramazanovla da yeni müqavilə imzalanıb.