12:37 07-07-2021
news_image
99
FUTBOL

2 yoxlama görüşü keçirəcək - “Qəbələ”

“Qəbələ” 2021/22 mövsümünün hazırlıqlarını davam etdirir.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yay toplanışına iyulun 5-də start verən “qırmızı-qaralar” məşqlərini Qəbələ şəhər stadionunda gerçəkləşdirir.

Elmar Baxşıyevin yetirmələri ayın 15-dək doğma arenada hazırlıq keçəcək. Toplanışın ilk mərhələsini başa vurduqdan sonra komanda Bakıya yollanacaq. “Qəbələ” paytaxtda iki yoxlama görüşü keçirəcək.

“Qırmızı-qaralar” ilk sınağına iyulun 16-da çıxacaq. Komanda “Zirə” ilə üz-üzə gələcək. Beş gün sonra Baxşıyevin yetirmələri “Səbail”lə qarşılaşacaq.